...

Türkiyə qazma platforması almaq niyyətindədir - nazir

Energetika Materials 26 Sentyabr 2011 14:41 (UTC +04:00)
Türkiyə qazma platformalarının alınması məsələsinə baxır. Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız bildirib.
Türkiyə qazma platforması almaq niyyətindədir - nazir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə qazma platformalarının alınması məsələsinə baxır. Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız bildirib. Trend-in məlumatına görə, xəbəri "Axşam" qəzeti yayıb.

Nazirin sözlərinə görə, Türkiyənin Neft-Qaz Korporasiyası platformaların alınmasının zərurliyi barədə qərar qəbul edərsə, ölkə 1,5 milyard dollar dəyərində qazma platforması ala bilər.

Türkiyənin "Piri Reis" tədqiqat gəmisi ötən cümə günü Şimali Kipr Türk Cumhuriyyəti (ŞKTC) şelfində kəşfiyyat işləri aparmaq üçün Urla limanından Kipr sahillərinə yola düşüb. İşlər Kipr Respublikasının həmin rayonda apardığı analoji işlərə cavab olaraq karbohidrogenlərin kəşfiyyatına başlamaq üzrə birgə planlar çərçivəsində planlaşdırılıb.

Nikosiyanın yunan və türk hissəsinə bölünmüş adanın sahilləri yaxınlığındakı şelfin işlənməsi üzrə işlərə başlamasından sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara ŞKTC ilə birlikdə həftə ərzində Şimali Kiprin "istisnasız iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.

Ötən çərşənbə günü Türkiyə hökumətini rəhbəri və Şimali Kiprin prezidenetei Dərviş Əroğlu Nyu-Yorkda neft vəq az hasilatının kəşfiyyatı və hasilatının aparılması üçün şülfin sərhəddi haqqında saziş imzalayıblar. Elə o zaman Ərdoğan şelfin işlənməsində Kipr Respublikası (yunan Kipri) ilə əməkdaşlıq edən şirkətər barəsində sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi.

Xəbər lenti

Xəbər lenti