...

Türkiyə "Qərbi xətt" marşrutu ilə Rusiya qazının tədarükü üzrə müqaviləni dayandırır

Energetika Materials 2 Oktyabr 2011 03:34 (UTC +04:00)
Türkiyə "Qərbi xətt"lə, yəni Ukrayna, Rumıniya və Bolqarıstan ərazisindən keçən marşrutu ilə Rusiyadan təbii qazın tədarükü üzrə müqaviləni dayandırır. Bunu şənbə günü Türkiyə Energetika naziri Taner Yıldız bilidirib, məlumatı Anadolu Agentliyi yayıb.
Türkiyə "Qərbi xətt" marşrutu ilə Rusiya qazının tədarükü üzrə müqaviləni dayandırır

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Türkiyə "Qərbi xətt"lə, yəni Ukrayna, Rumıniya və Bolqarıstan ərazisindən keçən marşrutu ilə Rusiyadan təbii qazın tədarükü üzrə müqaviləni dayandırır. Bunu şənbə günü Türkiyə Energetika naziri Taner Yıldız bilidirib, məlumatı Anadolu Agentliyi yayıb.

Bu həftə Yıldız bildirib ki, Rusiya Türkiyəyə verilən qazın qiymətinə yenidən baxmasa, Ankaranın 25 il əvvəl Moskva ilə imzaladığı və indiyə kimi qüvvədə olan müqaviləni uzatmaya bilər.

Türkiyə Rusiya hidrokarbon ehtiyatlarının idxalı üzrə dünyada ikinci yerdədir.

"Qərbi xətt" marşrutu ilə Rusiya qazının tədarükü üzrə müqavilə 1986 ildə imzalanmışdı. Onun vaxtı bu il dekabr ayında bitir.

Xəbər lenti

Xəbər lenti