...

Azərbaycan neftinin qiymətləri oktyabrın 13-də azalıb

Energetika Materials 14 Oktyabr 2011 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.İsmayılov/

CIF İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 113,36 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 1,93 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 111,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,91 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 13-də 112,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 13-də 110,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,48 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti