...

Türkiyədə NEZ-ə yatırımlar sonrakı beş ildə ən iri yatırımlar olacaq - ARDNŞ

Energetika Materials 18 Oktyabr 2011 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.İsmayılov/

Türkiyədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iştirak payına malik olduğu "Petkim" neft-kimya kompleksinin xammalla təchiz edilməsini nəzərdə tutan yeni neft emalı zavodunun (NEZ) tikintisi sonrakı beş ildə bu ölkəyə qoyulacaq ən iri yatırım olacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, zavodun tikintisinə qoyulacaq investisiyaların həcmi 5,5 milyard dollar təşkil edəcək. Yeni zavodun təməlqoyma mərasimi bu il oktyabrın 25-də keçiriləcək.

NEZ-in ümumi gücü 10 milyon ton təşkil edəcək, zavodda istehsal edilən neft məhsulları "Petkim"in və Türkiyənin daxili bazarının tələbatlarının ödənilməsinə yönəldiləcək.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti