...

Türkiyədə yeni NEZ-in tikintisi ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək – Ərdoğan

Energetika Materials 25 Oktyabr 2011 16:45 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iştirakı ilə yeni NEZ-in tikintisi ölkə iqtisadiyyatının dinamik inkişafını sürətləndirəcək.
Türkiyədə yeni NEZ-in tikintisi ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək – Ərdoğan

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Tağıyeva/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iştirakı ilə yeni NEZ-in tikintisi ölkə iqtisadiyyatının dinamik inkişafını sürətləndirəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Türkiyədə yeni NEZ-in təməlqoyma mərasimində bildirib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Məlumatı Türkiyənin TRT Haber telekanalı yayıb.

Bu gün Türkiyədə ARDNŞ-nin iştirak payına malik olduğu "Petkim" neft-kimya kompleksinin xammalla təmin olunması üçün nəzərdə tutulan yeni neft emalı zavodunun təməli qoyulub.

"Bu investisiyalar iki ölkə arasındakı əməkdaşlığı dərinləşdirir", - Baş nazir deyib.

Onun sözlərinə görə, yeni NEZ-in yaradılması ilə minə yaxın adam işlə təmin ediiləcək. Tikintidə 10 minə yaxın adam iştirak edəcək.

Ərdoğan deyib ki, Azərbaycan və Türkiyəni bir çox layihələr birləşdirir, onların arasında Azərbaycan neftinin tədarükü üzrə Bakı-Tbilisi-Ceyhan layihəsi də var. Bununla yanaşı, Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin açılışı layihəsi də başa çatmaq üzrədir.

Yeni neft emalı zavodunun dəyəri 5,5 milyard dollar, ümumi gücü 10 milyon ton təşkil edəcək, zavodda istehsal edilən neft məhsulları "Petkim"in və Türkiyənin daxili bazarının, eləcə də Aralıq dənizi regionu ölkələrinin tələbatlarının ödənilməsinə yönəldiləcək.

ARDNŞ tərəfindən Türkiyədə yeni neft emalı zavodunun tikintisinə qoyulan sərmayə bu ölkədə bir layihəyə yatırılan ən iri özəl investisiya olacaq.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti