...

ARDNŞ-nin özəlləşdirilməsi gündəlikdə deyil – şirkətin rəhbəri

Energetika Materials 17 Yanvar 2012 15:16 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) özəlləşdirilməsinə dair məsələ gündəlikdə yoxdur və həqiqətəuyğun deyil.
ARDNŞ-nin özəlləşdirilməsi gündəlikdə deyil – şirkətin rəhbəri

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) özəlləşdirilməsinə dair məsələ gündəlikdə yoxdur və həqiqətəuyğun deyil. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

"ARDNŞ-nin qeyri-profilli aktivlərdən imtina etməsinin şirkətin özəlləşdirilməsi məsələsi ilə heç bir əlaqəsi yoxdur. Bu, Dövlət Neft Şirkətinin beynəlxalq şirkətə çevrilməsinin tərkib hissəsidir, onun fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır", - Abdullayev bildirib.

ARDNŞ artıq sosial və səhiyyə təyinatlı, eləcə də energetika, rabitə və su təchizatı obyektlərini müvafiq dövlət strukturlarının balansına keçirib.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.

ARDNŞ xarici tərəfdaşlarla birlikdə "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar bloku və Xəzərdə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi kimi iri layihələrdə iştirak edir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti