...

İran "Shell" şirkətinə neft tədarükünü azaldır

Energetika Materials 19 Aprel 2012 13:30 (UTC +04:00)
İran bir milyard ABŞ dolları həcmində borcla əlaqədar Niderlandın "Royal Dutch Shell" şirkətinə neft tədarükünü azaldacaq.
İran "Shell" şirkətinə neft tədarükünü azaldır

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

İran bir milyard ABŞ dolları həcmində borcla əlaqədar Niderlandın "Royal Dutch Shell" şirkətinə neft tədarükünü azaldacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Mehr" agentliyinə İranın neft naziri Rüstəm Qasımi bildirib.

Qasıminin sözlərinə görə, "Shell" öz borcunu ödəmək yollarını axtarır.

"Royal Dutch Shell" xam neftə görə İrana bir milyard ABŞ dolları ödəməlidir. Lakin Aİ və ABŞ-ın maliyyə sanksiyalarını nəzərə alaraq, hazırda ödənişin həyata keçirilməsi praktiki olaraq mümkün deyil.

Fransanın "Total" şirkəti ilə yanaşı, "Shell" Türkiyənin "Tupras" şirkətindən sonra böyüklüyünə görə İranın ikinci korporativ müştərisidir.

İranın xam neftinin iri alıcılarından olan "Shell" sutkada 150 mindən 200 min barelədək neft alır.

Xəbər lenti

Xəbər lenti