...

Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair sazişə ilin sonunadək düzəliş ediləcək

Energetika Materials 28 İyun 2012 16:06 (UTC +04:00)
2012-ci ilin sonunadək Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlinə dair hökumətlərarası sazişin mətninə düzəlişlərin edilməsi barədə qərar qəbul ediləcək.
Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair sazişə ilin sonunadək düzəliş ediləcək

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin sonunadək Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlinə dair hökumətlərarası sazişin mətninə düzəlişlərin edilməsi barədə qərar qəbul ediləcək. Trend-in məlumatına görə, bu barədə RF Energetika Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini Mixail Pleşkin cümə axşamı "Strateji tərəfdaşlığın möhkəmləndirilməsini nəzərə almaqla Rusiya və Azərbaycanın birgə enerji layihələri" mövzusunda "dəyirmi masa"da bildirib.

"Dəyirmi masa" Bakıda "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində keçirilir.

"Eləcə də boru kəməri ilə neftin nəqlinin dəyəri məsələsinə baxılması da tələb olunur", - Pleşkin deyib.

Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasovun "dəyrimi masa"da qeyd etdiyi kimi, hazırda sazişdə dəyişikliklərin razılaşdırılması üzrə danışıqlar ARDNŞ ilə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "Transneft" arasında aparılır. Abbasov tərəflər arasında bütün məsələlərin razılaşdırılmasından sonra bu məsələnin öz müsbət həllini tapacağına ümidvar olduğunu bildirib.

"Bakı-Novorossiysk neft kəməri ilə yanaşı, Bakı-Tbilisi-Сeyhan və Bakı-Supsa boru kəmərlərinin istismara verilməsi ilə Azərbaycan öz neftinin dünya bazarlarına tədarükünün şaxələndirilmiş sistemini, eləcə də enerji müstəqilliyini və təhlükəsizliyini təmin edə bilib", - nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti