...

İlin I yarısında Bakı şəhəri üzrə 138,5 kilometr uzunluğunda qaz xətləri çəkilib və təmir olunub

Energetika Materials 25 İyul 2012 18:37 (UTC +04:00)
2012-ci ilin birinci yarısında Bakı şəhəri üzrə 138,5 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib və təmir olunub.
İlin I yarısında Bakı şəhəri üzrə 138,5 kilometr uzunluğunda qaz xətləri çəkilib və təmir olunub

Azərbaycan, Bakı, 25 iyul /Trend/

2012-ci ilin birinci yarısında Bakı şəhəri üzrə 138,5 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib və təmir olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu dövrdə Bakıda kəmərlərin yer üstünə çıxarılması və yenidən qurulması, yaşayış evlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz avadanlıqlarının və qurğularının təmiri və tənzimləmə işləri davam etdirilib.

Görülən işlər nəticəsində Bakı şəhərinin əhali kateqoriyasına aid abonentlərin təbii qazla təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bundan başqa, 2012-ci ilin birinci yarısında Bakı şəhəri üzrə 189388 ədəd mexaniki qaz sayğacı ''smart-kart'' tipli yeni elektron qaz sayğacları ilə əvəz olunub.

Hazırda Bakı şəhərinin daha 41 yaşayış məntəqəsində istehlakçıların təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Bakının Binəqədi rayonunun Binəqədi, Sulutəpə, Xocasən, M.Ə.Rəsulzadə qəsəbələri, 6 və 7-ci mikrorayon əraziləri, Sabunçu rayonunun Maştağa, Nardaran, Bilgəh, Zabrat-I, Zabrat-II, Balaxanı, Kürdəxanı qəsəbələri, Suraxanı rayonunun Hövsan qəsəbəsi və Hövsan yolu ətrafındakı yeni yaşayış massivləri, Xəzər rayonunun Pirallahı, Dübəndi, Türkan və Zirə kəndləri, Buzovna qəsəbəsinin yeni çəkilən yol ətrafındakı əraziləri, Qaradağ rayonunun Səngəçal, Qızıldaş, Puta və Qobustan qəsəbələrində əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə 2012-ci ilin birinci yarısı üçün nəzərdə tutulmuş işlər artıq yekunlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti