...

ARDNŞ Azərbaycanın korporativ istiqrazlar bazarına çıxır

Energetika Materials 21 Sentyabr 2012 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbirlər A.Axundov, E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 200 milyon dollar məbləğində istiqrazların buraxılışına hazırlaşır. Bu barədə Trend-ə cümə günü ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bu vəsait gəmiqayırma zavodunun inşasının maliyyələşdirilməsinə ayrılacaq.

"Bu günlərdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi istiqrazların emissiya prospektini qeydiyyata alacaq. Emissiya prospekti 14 illik tədavül müddəti ilə buraxılacaq", - o qeyd edib.

Qasımov deyib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) istiqrazların alıcısı qismində çıxış edəcək.

ARDNF cümə günü bu məlumatı təsdiqləyib, lakin əməliyyatın hələ başa çatmadığını əsas gətirərək sövdələşmənin şərtini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti