...

Azərbaycanda alternativ elektrik enerjisinin istehlakı üçün yeni tariflər tətbiq olunacaq

Energetika Materials 27 Sentyabr 2012 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə Qobustan eksperimental poliqonunun istehsal etdiyi enerjiyə görə tariflərin müəyyənləşdirilməsi və təsdiq edilməsi üçün işlər aparılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Sənaye və Energetika Nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov deyib.

Poliqon ərazisində hibrid elektrik stansiyası yaradılıb. Stansiya külək, günəş və biokütlədən elektrik enerjisini generasiya etmək iqtidarındadır.

"Güman edirəm ki, bu məsələ (hansı qiymətə və enerji ümumi enerji şəbəkəsinə necə ötürüləcək) yaxın vaxtlarda həll olunacaq", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hibrid stansiyanın istehsal edəcəyi elektrik enerjisinin (ildə təqribən beş meqavat) mərkəzin enerji təchizatına və Qobustan rayonunun əsas qəsəbələrinə ötürülməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti