Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) oktyabrın sonunadək Xəzərin Azərbaycan sektorundakı "Ümid" qaz-kondensat yatağında ilk istismar quyusunu qazmağa başlayacaq.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, quyunun qazılmasına başlamaq üçün hazırlıq işləri praktiki olaraq başa çatıb.
Yusifzadə bildirib ki, hazırda quyunun sutkalıq debeti 850 min kubmetr qaz və 150 ton kondensat təşkil edir.