...

Türkiyə "al və ödə" prinsipi üzrə qaz müqavilələrini dayandırmaq niyyətindədir

Energetika Materials 18 Oktyabr 2012 16:54 (UTC +04:00)
Türkiyə 2013-2014-cü illərdə Azərbaycan ilə qaz tədarükü üzrə müqavilə çərçivəsində "al və ödə" prinsipindən imtina etmək niyyətindədir.
Türkiyə "al və ödə" prinsipi üzrə qaz müqavilələrini dayandırmaq niyyətindədir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə 2013-2014-cü illərdə Azərbaycan ilə qaz tədarükü üzrə müqavilə çərçivəsində "al və ödə" prinsipindən imtina etmək niyyətindədir. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

"Türkiyə 2013-2014-cü illərdə Azərbaycan və İran ilə qaz tədarükü üzrə müqavilə çərçivəsində "al və ödə" prinsipindən imtina etmək niyyətindədir", - Yıldız qeyd edib.

O vurğulayıb ki, Türkiyə bu cür prinsip üzrə İran ilə bağlanmış müqaviləni artıq 2013-cü ildə dayandırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti