...

ARDNŞ Xəzərdə yeni platforma quraşdıracaq

Energetika Materials 3 Dekabr 2012 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Ümid" qaz-kondensat yatağında ikinci platformanın layihəsini hazırlayır. Bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq gələn il ARDNŞ investisiyalaşdırmanın təmin olunması üçün yeni platformanın layihəsini qəbul edəcək.

Abdullayev deyib ki, habelə ARDNŞ-nin sərbəst şəkildə inkişaf etdirməyi planlaşdırdığı "Ümid" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə layihənin hazırlanması prosesi gedir.

"Artıq gələn il proqram və planlar müəyyən ediləcək", - o qeyd edib.

Onun sözlərinə görə, hazırda yataqda üçüncü quyunun qazılması işləri aparılır. Artıq quyuların birindən ölkənin ümumi qazpaylayıcı sisteminə qaz verilir. Bu quyuda hasilatın sutkalıq həcmi 900 min kubmetrə yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti