...

ARDNŞ: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda təxminən 300 milyon ton neft hasil edilib

Energetika Materials 7 May 2013 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.İsmayılov/

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində indiyə qədər təxminən 300 milyon ton neft hasil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin ümumi həcmindən 152 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür.

Yusifzadənin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"ndən sonra ikinci böyük nailiyyətdir. Onun sözlərinə görə, AÇG-dən hasil edilən neftin ümumi həcmindən 215 milyon ton BTC vasitəsilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti