...

Azərbaycan neftinin qiymətləri: 23-27 sentyabr həftəsinin yekunları

Energetika Materials 30 Sentyabr 2013 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.İsmayılov/

Ötən həftə, 23-27 sentyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 112,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,04 dollar/barel azdır.

Trend-in məlumatına görə, 23-27 sentyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 113,08, minimum isə 111,5 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

23-27 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 107,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

23-27 sentyabr həftəsində URALS-ın qiyməti maksimum 108,18 minimum isə 106,36 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

23-27 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 108,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,73 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 109,62, minimum isə 107,79 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti