Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin sentyabr ayında 205 ton avtomobil benzini, 56 176 ton dizel yanacağı, 5 295 ton təyyarə yanacağı ixrac edib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ümumilikdə 2013-cü ilin yanvar-sentyabr ayları ərzində 14 034 ton avtomobil benzini, 689 273 ton dizel yanacağı, 96 426 ton təyyarə yanacağı ixrac edilib.
2013-cü ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 963,80 dollar, təyyarə yanacağının - 981,49 dollar, dizel yanacağının - 935,12 dollar, 1 faizli kükürdlü mazutun - 616,90 dollar təşkil edib.
Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 111,89 dollara, Urals nefti -110,92 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 114,86 dollara satılıb.
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin sentyabr ayında Novorossiysk limanından 162 821 ton, Supsa limanından 242 215 ton, Ceyhan limanından 1 415 309 ton xam neft ixrac edib.
Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 327 517 ton, Supsa limanından 2 079 973 ton, Ceyhan limanından isə 14 894 468 ton xam neft ixrac edilib.
İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-yə məxsus xam neft həcmlərini əks etdirir.