Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.İsmayılov/
On il ərzində "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan qazanxanaların sayı üç dəfədən çox artıb. Bu barədə cümə axşamı Trend-ə ASC-dən bildirilib.
Həmçinin ASC-dən deyilib ki, 2013-2014-cü illərin noyabrın 15-də başlayan isitmə mövsümündə işləyən qazanxanaların sayı 515 ədəddir. Halbuki 2004-2005-cü illər mövsümündə onların sayı cəmi 166 ədəd təşkil edirdi.
ASC-nin balansında olan qazanxanaların ümumi sayından 2013-2014-cü illər mövsümünə Bakının payına 328 qazanxana, eləcə də 115 istilik paylayıcı məntəqə düşür.
Son 10 il ərzində Azərbaycanda mərkəzləşdirilmiş isitmə sisteminin bərpası və inkişafı üçün geniş işlər görülüb. ASC-nin mərkəzləşdirilmiş isitmə sistemi ilə təmin olunmuş obyektlərin sayının artırılması üçün gördüyü işlərin həcmi ilə aşağıdakı cədvəldə tanış olmaq olar:
Obyektlər |
2004-2005-cü illər |
2005-2006-cı illər |
2006-2007-ci illər |
2007-2008-ci illər |
2008-2009-cu illər |
2009-2010-cu illər |
2010-2011-ci illər |
2011-2012-ci illər |
2012-2013-cü illər |
2013-2014-cü illər |
Qazanxanalar |
166 |
202 |
234 |
312 |
310 |
329 |
347 |
362 |
425 |
515 |
Bina |
988 |
1519 |
1750 |
1933 |
2072 |
2184 |
2357 |
2561 |
2819 |
3120 |
Məktəblər |
146 |
176 |
218 |
277 |
242 |
244 |
260 |
266 |
267 |
277 |
Uşaq bağçaları |
84 |
111 |
124 |
123 |
141 |
153 |
163 |
158 |
146 |
152 |
Səhiyyə obyektləri |
61 |
78 |
97 |
127 |
126 |
133 |
135 |
129 |
134 |
139 |
Digər obyektlər |
91 |
112 |
131 |
203 |
225 |
265 |
306 |
310 |
350 |
400 |