Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.İsmayılov/
"Astara" elektrik stansiyasında bu ilin yanvar-noyabr aylarında 234,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
"Azərenerji" ASC-dən Trend-ə verilən məlumata görə, cari ilin noyabr ayı ərzində stansiyada elektrik enerjisinin istehsalı 24,3 milyon kilovat-saat təşkil edib.
Qeyd edək ki, ümumi gücü 87 MVt olan bu stansiya 10 aqreqatdan ibarətdir.