Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Qusar rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 30 yanvar 2014-cü il tarixində saat 10:00-dan 18:00-dək Qusar rayonuna təbii qaz verilişində fasilələr yaranacaq.