...

Azərbaycan benzin idxalı üzrə aksiz dərəcələrinə yenidən baxıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 26 Fevral 2014 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Əliyev/

Azərbaycan Nazirlər Kabineti (NK) fevralın 1-dən benzin idxalı üzrə aksiz dərəcələrinə dəyişiklik edib.

Trend-in məlumatına görə, müvafiq qərar çərşənbə günü NK-nın saytında dərc olunub.

Qərara əsasən, 95-dən yuxarı olmayan (bir litrinin tərkibində həm aşağı, həm də 0,013 qramdan yuxarı qurğuşun olan) oktan ədədli mühərrik benzininin aksiz dərəcələri yanacağın bir tonuna görə bir dollar məbləğində saxlanır. Yanacağın bu növü üzrə dərəcə cari ilin fevral ayının 1-dən iyun ayının 1-dək qüvvədədir.

95-dən yuxarı, lakin 98-dən yuxarı olmayan (bir litrinin tərkibində həm aşağı, həm də 0,013 qramdan yuxarı qurğuşun olan) oktan ədədli mühərrik benzininin aksizləri bir ton üçün 100 dollar məbləğində müəyyən edilir. 98 və yuxarı (tərkibindəki qurğuşundan asılı olmayaraq) oktan ədədli mühərrik benzininin aksiz dərəcələri bir ton üçün 150 dollar təşkil edəcək. Yanacağın bu növü üzrə dərəcələr fevralın 1-dən qüvvədədir.

Bu dəyişikliklər aviasiya yanacağının idxalına şamil edilmir.

Nazirlər Kabinetinin digər qərarı ilə yuxarıda göstərilən yanacaq növlərinin idxalı gömrük yığımlarının ödənişindən azad edilir.

Azərbaycanda neft məhsulları Bakının iki neft emalı zavodunun bazasında istehsal edilir. Hər iki zavodun birgə gücü ildə 16 milyon ton neft təşkil edir.

Xatırladaq ki, Azərbaycanda neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.

Belə ki, Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlərinin hər birinin qiyməti isə 55 qəpik təşkil edirdi.

Azərbaycanda bunda qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti