Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin yanvar-fevral aylarında neft emalı zavodlarından (NEZ) 222,35 min ton neft məhsulu ixrac edib. 2013-cü ilin analoji dövründə bu rəqəm 192,6 min ton olub.
Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti ötən il NEZ-lərdən təqribən 1,04 milyon ton neft məhsulu ixrac edib. 2012-ci ildə isə ixracın həcmi 1,24 milyon tondan çox təşkil edib.
İxrac edilən neft məhsullarının cədvəli:
Neft məhsuları |
2014-cü ilin yanvar-fevral ayları, ton |
2013-cü ilin yanvar-fevral ayları, ton |
Dizel yanacağı |
164 275 |
168 964 |
Avtomobil benzini |
383 |
2 494 |
Təyyarə yanacağı |
23 245 |
21 132 |
Vakuum qazoylu |
34 448 |
0 |
Qeyd edək ki, Azərbaycanda neft məhsulları Bakının 2 NEZ-inin bazasında istehsal olunur.