Azərbaycan, Bakı, 3 aprel /Trend/
"Qaradağ" yatağındakı 469 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VII horizontuna qazılmış quyu 1889-1879 metr intervaldan sutkalıq 100 000 kubmetr qaz hasilatı ilə fonda daxil edilib.