...

Azərbaycanda bu ilin 4 ayı ərzində 62 çoxmərtəbəli binaya qaz verilib

Energetika Materials 5 May 2014 15:24 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Azərbaycanda bu ilin 4 ayı ərzində 62 çoxmərtəbəli binaya qaz verilib

Azərbaycan, Bakı, 5 may /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, Birlik 2014-cü ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 62 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 6735 ailə yaşayir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti