...

Azərbaycanda qazdoldurma stansiyaları şəbəkəsi yaradılacaq

Energetika Materials 9 İyun 2014 09:56 (UTC +04:00)
2015-ci ilə Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında qazdoldurma stansiyaları yaradılacaq. Bunu cümə günü Trend-ə ARDNŞ-dəki mənbə deyib.
Azərbaycanda qazdoldurma stansiyaları şəbəkəsi yaradılacaq

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir E.İsmayılov/

2015-ci ilə Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında qazdoldurma stansiyaları yaradılacaq. Bunu Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, qazdoldurma stansiyalarının yaradılması prosesi layihələndirmə mərhələsindədir və stansiyalar 2015-ci ilin sonuna Bakıda olacaq.

ARDNŞ-nin ölkədə qazdoldurma stansiyalarının sayı ilə bağlı planlarına gəlincə, mənbə qeyd edib ki, bu, onların tikintisi üçün torpaqların satın alınmasından asılı olacaq: "Bakıda təqribən 15 qazdoldurma stansiyası olacaq".

Mənbə əlavə edib ki, bu stansiyalarda avtomobillər sıxılmış təbii qazla (CNG) doldurulacaq.

Sıxılmış təbii qaz benzin, dizel yanacağı və propanın əvəzinə mühərrik yanacağı qismində istifadə edilir. O, ənənəvi yancaqdan ucuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti