...

Ötən ay BTC kəməri ilə 2,7 milyon ton Azərbaycan nefti nəql olunub

Energetika Materials 9 İyun 2014 17:48 (UTC +04:00)
2014-cü ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 725 min 177 ton Azərbaycan nefti nəql olunub.
Ötən ay BTC kəməri ilə 2,7 milyon ton Azərbaycan nefti nəql olunub

Azərbaycan, Bakı, 9 iyun /Trend/

2014-cü ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 725 min 177 ton Azərbaycan nefti nəql olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 12 milyon 199 min 306 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il iyun ayının 1-ə qədər BTC-yə 247 milyon 340 min 899 ton neft vurulub.

Bundan başqa, cari ilin may ayında BTC kəməri ilə 456 min 359 ton Türkmənistan və 140 min 868 ton Qazaxıstan nefti nəql olunub.

2014-cü ilin may ayı ərzində 2 milyon 207 min 825 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 459 min 633 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 milyon 703 min 142 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il iyun ayının 1-ə qədər Ceyhan limanından 244 milyon 847 min 56 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti