...

Azərbaycanda qaz istehlakı azalıb

Energetika Materials 11 Avqust 2014 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü il avqustun 11-nə olan məlumata görə, əhaliyə və Azərbaycanın digər istehsalçılarına verilən qazın sutkalıq həcmi iyunun 24-dəki 7 milyon kubmetrə qarşı 6,44 milyon kubmet olub. Bu barədə Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

İB-dən bildiriblər ki, avqustun 11-də Bakıda sutkalıq qaz istehlakı (ölkədə hava şəraitinin yaxşılaşması fonunda) 4,3 milyon kubmetr olub: "Regionlarda sutkalıq 2,16 milyon kubmetr qaz istehlak edilir".

Qaz istehlakının azalması yaz-yay mövsümü ilə əlaqədardır.

Qeyd edək ki, 2014-cü il avqustun 1-nə olan məlumata görə, Azərbaycanın qaz operatorunun abonentlərinin sayı 1,7 milyonu ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti