Azərbaycan, Bakı, 27 avqust /Trend/
Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 5-ci özüldən 84 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu Qirməki Üstü Qumlu Lay dəstəsindən, 3426-3387 metr intervaldan fontan üsulu ilə gündəlik 180 min kubmetr qaz və 40 ton kondensat hasilatla istismara daxil edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.