Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Bu günlərdə "Günəşli" yatağındakı 13-cü özüldən 245 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu 2590-2531 metr intervaldan, məhsuldar qatın VIII horizontundan sutkalıq 120 min kubmetr qaz və təxminən 6 ton kondensat hasilatı ilə istismar fonduna daxil edilib.
Qeyd edək ki, yataqda hasilat işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.