Azərbaycan, Bakı, 28 noyabr /Trend/
"Qaradağ" yatağındakı 478 nömrəli istismar-basqı quyusu geoloji tədbirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu VIIA horizontundan VII horizonta qaytarılıb, qazgötürməyə qoşulub. Quyudan sutkada orta hesabla 180000-190000 kubmetr qaz götürülür.
Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.