...

Azərbaycan Avropada qaz yarışında liderlik edir

Energetika Materials 2 Dekabr 2014 19:26 (UTC +04:00)
Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi" dünən yeni və olduqca gözlənilməz etiraf qazanıb.
Azərbaycan Avropada qaz yarışında liderlik edir

Aynur Qasımova - Trend:

Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi" dünən yeni və olduqca gözlənilməz etiraf qazanıb. Rusiya "Cənub axını"ndan imtina etdiyini və təbii qazının Türkiyəyə və sonra quru ərazi ilə Avropaya çıxarılmasını bəyan edib, yəni Azərbaycanın "Şahdəniz" yatağından qaz tədarük edəcəyi həmin marşrut üzrə çıxaracaq. Bu dəhlizin vacibliyi barədə Azərbaycan, Avropa, ABŞ və hətta Xəzərin şərq sahillərində uzun illərdir danışılsa da, Rusiyanın bu bəyanatı bir qədər gözlənilməz idi.

Gözlənilməz olan odur ki, "Cənub Qaz Dəhlizi" Rusiya qazından asılılığın azaldılması üçün Avropaya lazım idi. Lakin Azərbaycan tədarük marşrutlarını artıq bərpa etdiyi və tərəfdaşları ilə birlikdə TANAP və TAP qaz kəmərlərinin də daxil olduğu infrastruktur yaratmağa başladığı halda, Rusiya bütün bu prosesi hələ görməlidir. Və bu, "Cənub axını"nı faktiki olaraq dayandıran Avropanın razılığı şəraitində baş verməlidir.

Rusiya TAP qaz kəmərinə çıxış əldə etsə belə, Türkiyə-Yunanıstan sərhədinə tədarük etmək niyyətində olduğu qazın yalnız 1/5-ni (ildə təqribən 50 milyard kubmetrdən) təmin edə bilər.

Bununla da Rusiya qazı real olaraq yalnız Yunanıstan bazarına ümid edə bilər. Lakin bu ölkənin bazarı çox kiçikdir. 2013-cü ildə Yunanıstanda qaz istehlakı həcmi cəmi 3,6 milyard kubmetr təşkil edib.

Azərbaycan və Rusiyanın maraqları Yunanıstan bazarında artıq toqquşub. Hər iki ölkənin milli şirkətləri - ARDNŞ və "Qazprom" - Yunanıstanın DESFA qaz nəqli operatorunu əldə etmək haqqını qazanmaq üçün rəqabət aparırdılar. Bu yarışdan Azərbaycan şirkəti qalib çıxdı. Ancaq hazırda Avropa Komissiyası bu sövdələşmənin razılaşdırılması prosedurunu bir qədər uzadır. Bu prosesi uzatmağın Avropa İttifaqına sərf edib-etməməsi onun öz işidir. Lakin Rusiya istənilən halda Avropa bazarına yaxınlaşmağa çalışır və Brüssel artıq daha qətiyyətli mövqe nümayiş etdirməlidir, xüsusilə də DESFA ilə bağlı qərarda.

Cənubi və Şərqi Avropa mavi yanacaq tədarükçüləri üçün ən maraqlı istiqamətlərdən biridir. Xeyli sayda ölkənin olması və istehlakın nisbətən kiçik həcmi (bəzən infrastrukturun olmaması) səbəbindən bu bazar istehsalçılar üçün cəlbedicidir.

Hazırda Rusiya qazının Avropanın cənubuna ekspansiyası üçün son maneə Yunanıstan ola bilər. Cənubi Avropada müxtəlif regionların istehsalçılarının maraqları kəsişir. Onu da nəzərə almaq lazımdır ki, İsrail də bu istiqamətdə qaz tədarük etməyi planlaşdırır.

Bütün bunlara baxmayaraq, daha çox real görünən (bütün instansiyaların təqdirini qazanmış və ekoloji rəylərin əldə edilməsi üzrə çətin proseslərdən keçərək təsdiq edilmiş və artıq reallaşdırılan layihələrlə) Azərbaycanın və tərəfdaşlarının təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi"dir. Prinsipcə, Azərbaycan və tərəfdaşları Avropa bazarına çıxış əldə etməklə üçüncü tərəflərə qaz paylaşdırmaqla məşğul ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti