...

Putin: "Türkiyədə qaz qovşağının yaradılması Avropadan asılıdır"

Energetika Materials 18 Dekabr 2014 14:38 (UTC +04:00)
Türkiyə iqtisadiyyatı artır və enerji resurslarına ehtiyac duyur.
Putin: "Türkiyədə qaz qovşağının yaradılması Avropadan asılıdır"

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Türkiyə iqtisadiyyatı artır və enerji resurslarına ehtiyac duyur. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin sayca onuncu böyük mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Türkiyə özünün daxili bazarı üçün enerji resurslarının artırılması barədə məsələni gündəmə gətirir.

V. Putin qeyd edib ki, Rusiya və Türkiyə artıq qaz məsələləri üzrə əməkdaşlıq edir və Ankara "Cənub axını" qaz kəməri vasitəsilə qaz alır: "Ölkələr artıq qiymət formullarına, eləcə də tədarük qrafiklərinə malikdirlər və Rusiya əlavə qaz həcmləri satmağa hazırdır".

Türkiyə və Yunanıstan sərhədində qaz qovşağının yaradılması imkanları məsələsini şərh edərkən V. Putin deyib ki, bu, avropalı tərəfdaşlardan asılıdır.

Prezident əlavə edib ki, qovşağın yaradılması Rusya qazını Yunanıstan, Makedoniya, Serbiya və Baumqartenə (Avstriya) tədarük etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti