Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 14-cü dərin dəniz özülündən 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2683-2640 metr intervaldan gündəlik 50 ton neft və 40 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.