Azərbaycan, Bakı, 24 fevral /Trend/
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 saylı stasionar dəniz özülündən 2206 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2383-2362 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən aparılır.