Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Transadriatik boru kəmərinin tikintisi üzrə konsorsium tenderin qalibi olmuş 2 İtaliya şirkəti ilə avadanlığın tədarükü məqsədilə üç iri müqavilə bağlayıb. Bu barədə Trend konsorsiuma istinadən xəbər verir.
Məlumata görə, İtaliyanın "Industria Meccanica Bassi S.p.A" şirkəti ilə iki müqavilə imzalanıb: "Daha bir müqavilə İtaliyanın "Nuova Giungas s.r.l" şirkəti ilə imzalanıb".
TAP-ın içraçı direktoru İen Bredşou qeyd edib ki, TAP ilin sonunadək daha bir neçə iri müqavilə bağlayacaq: "Bu, boru kəmərinin tikintisinə planlaşdırılmış müddətdə başlamağa imkan verəcək.
Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Aİ ölkələrinə nəqlini nəzərdə tutur.