...

Səfir: İsrail "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilər (ÖZƏL)

Energetika Materials 9 Dekabr 2015 11:54 (UTC +04:00)
İsrail Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinə perspektivdə qoşula bilər
Səfir: İsrail "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilər (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

İsrail Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinə perspektivdə qoşula bilər. Bunu Trend-ə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, tərəflər bu istiqamətdə artıq danışıqlar aparıb: "İsrail ölkənin yekun enerji siyasətini müəyyənləşdirdikdən sonra bu məsələyə baxılacaq".

D.Stav qeyd edib ki, İsrail enerji sahəsində Azərbaycanın fəaliyyətinə böyük önəm verir: "Azərbaycan İsrailə neft tədarük edən mənbələrdən biridir və biz hər hansı formada layihədə iştirak edə bilərik. Lakin bunadək həll edilməli olan bəzi texniki və siyasi məsələlər var".

O əlavə edib ki, İsrailin enerji sahəsində kifayət qədər təcrübəsi yoxdur: "Biz bu məsələ üzrə siyasətimizi dəqiq formalaşdıra bilmərik".

Diplomatın sözlərinə görə, neftin qiymətinin ucuzlaşdığı şəraitdə Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirə bilərdi: "İkitərəfli əməkdaşlığın genişləndirilməsinin digər istiqamətləri informasiya texnologiyaları və startap-layihələr ola bilər".

D.Stav diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti