...

Azərbaycan Gürcüstana qaz tədarükünü 500 milyon kubmetrə yaxın artıracaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 4 Mart 2016 14:26 (UTC +04:00)
SOCAR Gürcüstan hökuməti ilə 463 milyon kubmetr həcmində əlavə təbii qaz tədarükləri barədə saziş imzalayıb.
Azərbaycan Gürcüstana qaz tədarükünü 500 milyon kubmetrə yaxın artıracaq  (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

SOCAR Gürcüstan hökuməti ilə 463 milyon kubmetr həcmində əlavə təbii qaz tədarükləri barədə saziş imzalayıb.

Bunu Trend-ə "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov deyib.

Trend-in "Qruziya Onlayn"a istinadən verdiyi məlumata görə, imzalanmış sənədlərə əsasən, sosial qazın qiymətləri azaldılır.

Energetika Nazirliyinin məlumatına əsasən, Gürcüstan əlavə həcmləri Cənub Qafqaz boru kəməri ("Şahdəniz") üzrə alacaq və Azərbaycanın texniki məhdudiyyətıər üzrə həcmlərin alınmasında problem yaranmayacaq: "Bundan başqa, SOCAR yanacaq stansiyaları üçün kommersiya qazının qiymətini 1000 kubmetrə görə 35-40 dollar azaltmağa hazırdır. 2012-ci illə müqayisədə Gürcüstanda qaz istehlakı 40 faiz artıb ki, bu da əlavə həcmlərin alınması zərurətini yaradıb".

SOCAR prezidenti Rövnəq Abdullayev daha əvvəl bildirmişdi ki, Azərbaycan ildə Gürcüstana 500 milyon kubmetrədək əlavə tədarükləri təmin edəcək.

R.Abdullayev qeyd etmişdi: "Daha əvvəl "Şahdəniz"dən Gürcüstana ildə 800 milyon kubmetrədək qaz tədarük edirdik, indi bu xətt üzrə tədarükləri 1,5 milyardadək və Azərbaycanın Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri üzrə 1,5 milyard kubmetrədək artıra bildik".

Gürcüstanda illik qaz istehlakı təqribən 2,4 milyard kubmetr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti