Bakı. Elçin Hüseynov - Trend:
"İCE" elektron birjasında aprel ayından sonra ilk dəfə "Brent" markalı neftin qiyməti 1 barel üçün 42 dollardan aşağı satılıb. Bu barədə Trend RBC-yə istinadən xəbər verir.
Bu gün birjada "Brent" markalı neftin bir barelinin sentyabr fyuçerslərinin qiyməti 1,99% azalaraq, 41,85 dollar təşkil edib.
İyun ayının əvvəlləri ilə müqayisədə (1 barrel üçün 53 dollar) indi "Brent" markalı neftin qiyməti 20% ucuzlaşıb.
Analitiklar hesab edirlər ki, neft qiymətlərinin enməsi ABŞ-da işlək qazma qurğularının çoxalması və Liviya limanlarından neft ixracatının bərpası ilə əlaqəlidir.