...

Azərbaycan neftinin qiyməti: 3-7 oktyabr həftəsinin yekunları

Energetika Materials 8 Oktyabr 2016 12:56 (UTC +04:00)
Ötən həftə (3-7 oktyabr) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 51,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,5 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiyməti: 3-7 oktyabr həftəsinin yekunları

Bakı. Maksim Tsurkov – Trend:

Ötən həftə (3-7 oktyabr) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 51,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,5 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 52,69, minimum isə 50,34 dollar/barel təşkil edib.

3-7 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 47,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 4,03 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 48,43, minimum isə 46,04 dollar/barel olub.

3-7 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 49,5 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,86 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 50,3 dollar, minimum isə 48,17 dollar/barel olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti