Bakı. Trend:
Bu gün Ağsu rayonunun Hacman, İmişli rayonunun Nurlu, Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinə ilk dəfə təbii qaz verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirlərdə rayon rəhbərliyi və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 98 abonenti olan Ağsu rayonunun Hacman kəndinin qazlaşdırılması üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
126 abonenti olan İmişli rayonunun Nurlu kəndinin, 501 abonenti olan Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında 58397 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin sayına uyğun sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.