...

BP: “Şahdəniz-2” qrafikə uyğun olaraq və büdcə çərçivəsində reallaşdırılır

Energetika Materials 7 Fevral 2018 11:34 (UTC +04:00)
“Şahdəniz-2” layihəsi 2018-ci ildə işə düşəcək
BP: “Şahdəniz-2” qrafikə uyğun olaraq və büdcə çərçivəsində reallaşdırılır

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi - “Şahdəniz-2” layihəsi 2018-ci ildə işə düşəcək.

Trend-in məlumatına görə, bunu “British Petroleum” (BP) şirkətinin rəhbəri Bob Dadli Londonda mətbuat konfransında deyib.

O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” meqalayihəsinin bir hissəsi olan “Şahdəniz-2” indiyədək BP tərəfindən reallaşdırılmış ən mürəkkəb layihələrdəndir:

“Layihədə 6 ölkə, 11 səhmdar şirkət iştirak edir. 4 il əvvəl yekun investisiya qərarının qəbul olunduğu gündən 176 milyon adam-saat həcmində iş görülüb”.

BP rəhbəri vurğulayıb ki, layihə 2018-ci ildə işə düşmək üzrədir: “Şahdəniz-2” hazırda qrafikə uyğun olaraq və büdcə çərçivəsində reallaşdırılır”.

Qeyd edək ki, “Şahdəniz-2” layihəsinin reallaşdırılması çərçivəsində illik qaz hasilatı 9 milyard kubmetrdən 25 milyard kubmetrədək artacaq.

"Şahdəniz-2" layihəsi üzrə hasil olunacaq 6 milyard kubmetr qaz Türkiyə və 10 milyard kubmetr qaz isə Avropa istehlakçılarına təchiz ediləcək.

"Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP qaz boru kəmərləri vasitəsiilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Bu günədək mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla TANAP qaz boru kəməri layihəsi üzrə işlərin 91 faizi, TAP qaz boru kəməri layihəsi üzrə isə 65 faizi yekunlaşıb. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti