Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan və OPEK sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində dünya neft bazarında qiymətlərin sabitliyi əldə edilib.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, ötən gün OPEK-in baş katibi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və bu görüş zamanı Azərbaycanla OPEK arasında əməkdaşlıq, beynəlxalq neft bazarında vəziyyət, digər beynəlxalq və regional məsələlər müzakirə olunub:
“Hazırda Azərbaycanla OPEK arasında OPEK+ çərçivəsində sıx əməkdaşlıq mövcuddur. Bu təşəbbüs 2016-cı ilin sonunda başlayıb və buna səbəb dünya bazarında neft qiymətlərinin qeyri-stabilliyi idi. Bu çərçivədə qiymətlərdə müəyyən sabitlik və bazarda tələb və təklif arasında balans əldə olundu. Bütün bu nailiyyətlər dünyadakı iqtisadi proseslər fonunda bəzi ölkələrdə vəziyyətin yaxşılaşmasına imkan verdi”.