...

SOCAR Azərbaycana benzin idxalı üçün yeni danışıqlara başladı (YENİLƏNİB)

Energetika Materials 31 May 2018 15:36 (UTC +04:00)
SOCAR benzin idxalı üzrə bir neçə müqavilə imzalayacaq.
SOCAR Azərbaycana benzin idxalı üçün yeni danışıqlara başladı (YENİLƏNİB)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) növbəti aylarda benzin idxalı üzrə bir neçə müqavilə imzalayacaq.

Trend-in məlumatına görə, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.

O bildirib ki, bu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlı şəkildə dayandırılması ilə bağlıdır.

D.Məmmədov qeyd edib ki, yayda Azərbaycanda benzinə tələbatın həcmini əvvəlcədən demək çətindir: "Bizim qiymətləndirməmizə görə, kifayət qədər ehtiyatımız var, lakin sığortalanmaq üçün Rusiyanın benzin istehsalçıları ilə bir neçə müqavilə imzalamışıq. Bununla belə, bu müqavilələrdə həcm üzrə öhdəliklər yoxdur. Əgər yayda benzinə tələbat may ayındakı kimi olsa, o zaman prinsipcə idxala ehtiyac olmayacaq. İstənilən halda Azərbaycanda benzin çatışmazlığı hiss olunmayacaq".

Vitse-prezident deyib ki, Bakı NEZ-də yenidənqurma və modernləşdirmə ilə əlaqədar işlərin dayandırılması təqribən 30 gün, Etilen-polietilen zavodunda isə təxminən 40-45 gün davam edəcək: "Hər şey işlərin gedişindən asılı olacaq".

Qeyd edək ki, Bakı NEZ-in sayəsində Azərbaycanda Aİ-92 benzininə tələbat tam ödənilir. Aİ-95 və Aİ-98 benzinləri isə ölkəyə idxal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti