Bakı. İlkin Şəfiyev - Trend:
Azərbaycan 2020-ci ildə Bolqarıstanın qaza tələbatının 25-30 faizini təmin edəcək.
Trend-in məlumatına görə, bunu Bakıda "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda keçirilən beynəlxalq konfransda Bolqarıstan energetika nazirinin müşaviri Rozen Simitçev deyib.
Müşavir qeyd edib ki, enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının tədarükünün şaxələndirilməsi Bolqarıstan və Avropa İttifaqı üçün əsas prioritetdir:
"Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyini gücləndirir. Qeyd etmək istərdim ki, Azərbaycan nəinki əsas mənbədir, həmçinin bu layihənin həyata keçirilməsi üzrə əsas tərəfdaşdır".