...

“Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə işləyəcək

Energetika Materials 14 İyun 2018 09:54 (UTC +04:00)
“Azəriqaz” İstehsalat Birliyi Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-ə qədər gücləndirilmiş iş rejimində işləyəcək.
“Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə işləyəcək

Bakı. Trend:

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-ə qədər gücləndirilmiş iş rejimində işləyəcək.

Qurumdan Trend-ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti idarəsində, Texniki istismar şöbəsində, Sumqayıt Qaz İstismar Sahəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur.

“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti