...

Azərbaycanda Aİ-92 markalı benzinin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir

Energetika Materials 20 Oktyabr 2018 00:47 (UTC +04:00)
Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir
Azərbaycanda Aİ-92 markalı benzinin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir. Müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.

Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Nazirlər Kabinetinin hər iki qərarı aviasiya benzininə tətbiq edilməyəcək.

Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

SOCAR-dan Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti