...

Növbəti 30 il ərzində AÇQ-dən nə qədər neft hasil ediləcək?

Energetika Materials 22 Aprel 2019 13:18 (UTC +04:00)
2049-cu ilədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan daha 3 milyard barel neft hasil etmək planlaşdırılır
Növbəti 30 il ərzində AÇQ-dən nə qədər neft hasil ediləcək?

Bakı. Sara İsrafilbəyova - Trend:

2049-cu ilədək “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar blokundan daha 3 milyard barel neft hasil etmək planlaşdırılır.

Trend-in məlumatına görə, bunu “BP Azərbaycan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

O qeyd edib ki, “Əsrin müqaviləsi” imzalanarkən yataqdakı ehtiyatlar 511 milyon ton həcmində proqnozlaşdırılırdı ki, bu günədək artıq 474 milyon ton neft hasil olunub:

“Bu günədək AÇQ yataqlar blokunun inkişafına 36 milyard dollar investisiya qoyulub və 3,5 milyard barel neft hasil edilib”.

B.Aslanbəyli əlavə edib ki, 44 milyard kubmetr səmt qazı toplanaraq hökumətə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti