Bakı. Trend:
OPEC+ Nazirlər Komitəsinin növbəti iclası iyunun 8-də keçiriləcək.
Trend-in məlumatına görə. böyük ehtimalla həmin iclas onlayn rejimdə baş tutacaq. Geniş heyətdə nazirlərin görüşü isə iyunun 9-10-da keçiriləcək. Həmin görüşlərin gündəliyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, bir müddət əvvəl OPEC+ ölkələri mayın 1-dən başlayaraq neft hasilatını 9,7 milyon barel/sutka azaltmaq barədə razılıq əldə edib.
Aprelin 12-də əldə olunmuş saziş 2022-ci ilin aprelinə qədər qüvvədə olacaq.