...

Şimali Makedoniya Azərbaycan qazının əldə olunması ilə bağlı saziş imzalayacaq

Energetika Materials 23 Aprel 2021 17:15 (UTC +04:00)
Şimali Makedoniya Azərbaycan qazının əldə olunması ilə bağlı saziş imzalayacaq

Bakı. Ləman Zeynalova - Trend:

Şimali Makedoniya və Yunanıstanın mayın əvvəlində Azərbaycan qazına çıxış imkanını təmin edəcək boru kəməri layihəsi üzrə sazişi imzalaması gözlənilir.

Trend bu barədə Yunanıstan KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, sənədin imzalanması Şimali Makedoniyanın baş naziri Zoran Zayevin Yunanıstana səfəri çərçivəsində baş tutacaq.

Layihənin Yunanıstan hissəsi DESFA qaz şəbəkəsi operatoru tərəfindən işlənəcək. Boru kəmərinin Yunanıstan hissəsinin uzunluğu 50 kilometrdir.

Şimali Makedoniya Yunanıstanla interkonnektor sayəsində Azərbaycan qazına çıxış əldə edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti