Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin iyulunda 926 730 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 856 237 ton neft idxal etmişdi.
Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, STAR iyul ayında 521 814 ton benzin, 75 067 ton aviakerosin, 15 425 ton mayeləşdirilmiş neft qazı, 146 922 ton nafta, 61 153 ton neft koksu, 18 882 ton yüksək kükürd tərkibli mazut, 6 794 ton ağır vakuum qazoylu, 16 22 ton digər keçid məhsulları və 115 135 ton digər məhsul istehsal edib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)